Xəbər lenti

Azərbaycan postsovet məkanında əhali artımına görə öndə olan ölkələrdəndir
Ölkə06:50 03.01.2022

Azərbaycan postsovet məkanında əhali artımına görə öndə olan ölkələrdəndir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan postsovet məkanında əhalinin artımına görə öndə olan ölkələrdəndir.
Qaynarinfo xəbər verir ki, bu barədə Tacikistanın "ASİA Plus" portalı yazıb.
Dünya Bankının məlumatlarına istinadən məlumata görə, əhali artımı Azərbaycanda yüksəkdir (+ 40%).
Sovet İttifaqının dağılmasından sonra son 31 ildə ən böyük əhali artımı Tacikistanda qeydə alınıb. Belə ki, bu müddət ərzində Tacikistan əhalisi 76,6 % artıb.
Əhali artımı baxımından seçilən siyahıda ölkələr arasında yalnız Mərkəzi Asiyanın digər ölkələri də var: Özbəkistan (+ 63,4 %), Türkmənistan (+ 59,2 %) və Qırğızıstan (+47,7 %). Nəşr Qazaxıstanın (+14 %) da adını qeyd edib.
Ən aşağı doğum səviyyəsi Baltikyanı ölkələrdə qeydə alınıb: Latviya (-28,3%), Litva (-24,5%). Əhali artımının azlığı ilə seçilən ölkələr kimi Gürcüstan (-23,2 %), Ukrayna (- 20 %), Ermənistan (- 15,5 %), Estoniya (-14,7 %), Moldova (-12 %), Belarus (- 7,8%) və Rusiyanın (-2,9%) adları qeyd edilib.