Xəbər lenti

Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulur
İdman 10:40 08.05.2023

Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulacaq.

Qaynarinfo-nun məlumatına görə, turun son oyun günündə "Qəbələ" Bakıda "Qarabağ"ın qonağı olacaq. "Azərsun Arena"da baş tutacaq qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Komandalar buna qədər Azərbaycan Premyer Liqasında 57 oyunda üz-üzə gəlib. Bunların 32-də "Qarabağ", 10-da "Qəbələ" 3 xala sevinib. Qalan 15 görüş heç-heçə nəticələnib. Top fərqi "Qarabağ"ın xeyrinədir - 90:44. "Qarabağ” son 5 görüşdə qələbə qazanıb. "Qəbələ” 19 oyundur qalib gəlmir. 

Azərbaycan Premyer Liqası, 33-cü tur

8 may

20.00. "Qarabağ” – "Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
"Azersun Arena”

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

"Kəpəz" - "Sabah" 0:3
"Şamaxı" - "Zirə" 0:3
"Turan Tovuz" - "Neftçi" 4:0
"Sumqayıt" - "Səbail" 1:3

"Qarabağ" - 81, "Sabah" - 77, "Neftçi" - 61, "Qəbələ" - 48, "Zirə" - 45, "Turan Tovuz" - 35, "Kəpəz" - 29, "Sumqayıt" -  28, "Səbail" - 25, "Şamaxı" - 23

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->