Xəbər lenti

Azərbaycan Premyer Liqasında bu gün 2 oyun keçiriləcək
İdman 09:56 11.02.2023

Azərbaycan Premyer Liqasında bu gün 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqasının 22-ci turu davam edir.

Qaynarinfo-nun məlumatına görə turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. 

Əvvəlcə "Kəpəz" səfərdə "Turan Tovuz"un qonağı olacaq. Komandalar indiyədək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Mövsümün ilk yarısına təsadüf edən oyunların birində Tovuz təmsilçisi qələbə qazanıb, digəri isə heç-heçə başa çatıb. Top fərqində tovuzluların üstünlüyü nəzərə çarpır - 2:0. "Turan Tovuz” qol buraxmayıb. Tovuzdakı matçda meydan sahibləri qalib gəlib.

Günün son görüşündə "Qarabağ" "Azərsun Arena"da "Sabah"ı qəbul edəcək. Bu kollektivlər Premyer Liqada indiyə qədər 17 dəfə qarşılaşıb. Bunların 12-sində Ağdam təmsilçisi qələbə qazanıbsa 5 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqində də "Qarabağ"ın aşkar üstünüyü var - 33:9 Qurban Qurbanovun baş məşqçi olduğu komanda heç vaxt rəqibinə uduzmayıb. Ağdamlıların meydanında baş tutmuş son üç görüşdə hər iki kollektiv qol vurub.

Azərbaycan Premyer Liqası, 22-ci tur

11 fevral (şənbə)

14:00. "Turan Tovuz" - "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu.

17:00. "Qarabağ" - "Sabah"

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Azersun Arena”.

Turun dünən keçirilən bir matçında aşağıdakı nəticə qeydə alınıb:

"Qəbələ" - "Neftçi" 0:0

"Qarabağ" - 57, "Sabah" - 52, "Neftçi" - 45, "Zirə" - 32, "Qəbələ" - 28, "Turan Tovuz" - 20, "Şamaxı" - 16, "Suqmayıt" - 15, "Kəpəz" - 14, "Səbail" - 13

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->