İdman 12:31 09.08.2023

Azərbaycan Premyer Liqasında mövsümün ilk cəzaları açıqlandı

Azərbaycan Premyer Liqasında mövsümün ilk cəza və cərimələri açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, AFFA-nın İntizam Komitəsi mövsümün ilk iclasını keçirib. İclasda aşağıdakı qərarlar qəbul edilib. 

"Araz-Naxçıvan” – "Turan Tovuz” oyununda "Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melonun futbol formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə "Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 75.3);

"Səbail” – "Sumqayıt” oyununda "Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə "Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
 
"Kəpəz” – "Neftçi” oyununda "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
 
"Kəpəz” – "Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
"Sabah” – "Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə "Sabah” klubu 1000 manat cərimə edilir (maddə 77.1);
 
Səbuhi Həsənov