Xəbər lenti

Azərbaycan prezidenti Fəxri xiyabanı ziyarət edib
Ölkə06:41 12.12.2013

Azərbaycan prezidenti Fəxri xiyabanı ziyarət edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib


APA-nın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.
 
Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində prezidentin ailə üzvləri, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edibdilər.
 
Bu gün hökumət üzvləri, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət edirlər.
 
Qeyd edək ki, səhər saatlarından paytaxt sakinləri Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edir, mərhumun xatirəsini ehtiramla yad edirlər.
 
Bu gün Heydər Əliyevin vəfatından 10 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.


Qaynar.info