Xəbər lenti

Azərbaycan prezidenti Gədəbəy rayonuna səfərə gəlib
Ölkə06:14 20.08.2017

Azərbaycan prezidenti Gədəbəy rayonuna səfərə gəlib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib.

"Qaynarinfo"nun məlumatına görə, dövlətHeydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

 İlham Əliyev  “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı müəssisə ilə tanış olub.

Bildirildi ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Qeyd edildi ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Qaynarinfo.Az