Xəbər lenti

Azərbaycan Prezidenti Zaqatalaya səfərə gedib (FOTO)
Ölkə10:32 03.08.2017

Azərbaycan Prezidenti Zaqatalaya səfərə gedib (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gedib.

"Qaynarinfo" xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verib. Bildirilib ki, parkda geniş abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Qaynarinfo.Az