Xəbər lenti

Azərbaycan pulları Türkiyəyə axır
Ölkə13:04 24.03.2016

Azərbaycan pulları Türkiyəyə axır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan vətəndaşları ilin əvvəlindən Türkiyədə 100-dən çox daşınmaz əmlak alıblar

Cari ilin fevral ayında Azərbaycan vətəndaşları Tükiyədə 54 ədəd daşınmaz əmlak alıblar.

APA "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ötən ilin fevral ayı ərzində Azərbaycan vətəndaşlarının əldə etdiyi daşınmaz əmlakın sayı 57 olub.

Ümumilikdə cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan vətəndaşları 108 daşınmaz əmlak alıblar. Ötən ilin analoji dövründə bu göstərici 113 olub.

Qaynar.info