Xəbər lenti

Azərbaycan qadınları kilsələrdə xoşbəxtlik axtarır
Ölkə11:10 30.11.2017

Azərbaycan qadınları kilsələrdə xoşbəxtlik axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ərin başqası ilə gəzir?", "Uşaqların universitetə qəbul olmur?", "Uğursuzluqlar səndən əl çəkmir?" bu problemlərin tək həlli orta statistik Azərbacan qadınına görə falçı yanına getməkdir. Falçı sizə gələcəkdən xəbər verər, bəxtinizi açar, iş tapar, bir sözlə, nə istəsəniz edər. Dinə və dini kitablara görə falçı yanına gedən insanlar Allaha şərik qoşmaqla böyük günah işləyir. Hətta keçmiş zamanlarda falçıları odda yandırırdılar. 
Dində cadu-pitinin günah sayılmasına baxmayaraq, bəzən elə dindar saydığımız mollalar və ya rahiblərin özü də bu işlə məşğul olur. Qaynarinfo sizə bu gün fala baxan mollalardan yox, caduları dillərə dastan olan və buna görə də bizim qadınların sevimlisi rahiblərdən danışacaq. 
Azərbaycan multikultiralist dövlət olduğu üçün xarici vətəndaşlar və milli azlıqlar Azərbaycan vətəndaşları ilə eyni hüquqa malikdir. Buna görə də müsəlmanlar məsciddə ibadət etdiyi kimi, xristianlar kilsədə, yəhudilər sinaqoqda ibadət edə bilər. Gənclər arasında kilsəyə getmək son zamanlar çox yayılıb. Bəziləri burda ruhlarını yaxşı hiss etdiklərini deyir...
Biz də Bakıda yerləşən bir neçə kilsəyə baş çəkib, "Allah təkdir" deyənlərin ona müxtəlif mənzil inşa edib, özlərinə məxsus şəkildə ibadət etməklərini izləmək istədik.
Lakin burda daha maraqlı bir mənzərə nəzərimizi çəkdi. Kilsəyə 3 hicablı qadın daxil oldu və rahibə yaxınlaşdı. Biz az söhbət etdikdən sonra rahib onlara su verdi. Yanlarına yaxınlaşanda aydın oldu ki, bu xanımlar rahibin yanına xeyir-dua almağa yox, fala baxdırmağa gəlib. Onların heç biri açıqlama vermək istəmədi. Kilsədə olan xanımlardan biri isə adının çəkilməsini istəmədən, suallarımıza cavab verməyə razılaşdı.
Nadejdanın (ad şərtidi) sözlərinə görə kilsədə edilən cadular çox güclü olur:
"Bura fala baxdırmaq üçün xristianlarla yanaşı, gördüyünüz kimi müsəlman qadınlar da gəlir. Mən belə şeylərə inanmıram, amma deyilənə görə, burda edilən cadular çox güclü olur. Hərənin bir dərdi var, biri ərini özünə bağlamaq istəyir, biri ərə getmək istəyir, biri də düşünür ki, ona cadu ediblər. Dində bu haramdı. Sən nə cür adamsansa, o cür adamlarla qarşılaşırsan. Bütün pis və yaxşı şeylərin açarı budur".
İlahiyyatçı Emin Piri isə Qaynarinfo-ya açıqlamasında "Müsəlman qadınların rahiblərin yanına getməsi nə dərəcədə düzgündür" sualına cavab olaraq bunun sadəcə biabırçılıq olduğunu dedi:
"Nə İslam dinində, nə də başqa bir dində cadu deyə bir şey yoxdur. Ora getməyin özü Allaha şərik qoşmaq deməkdir. Guya ora getməklə Allahın bilmədiyi bir şey edəcəklər. Sadəcə olaraq, ora gedən insan psixoloji cəhətdən məğlub olub gedir. Guya o falçılar onlardan daha ağıllıdır və onlara kömək edəcək. Burda qazanan yeganə tərəf pul alan tərəfdir. Çünki xanımlar öz ciblərindən həmin insanlar üçün yaxşı pul xərcləyirlər. Bu sadəcə olaraq, biabırçılıqdır". 
Lalə Niftaliyeva