Xəbər lenti

Azərbaycan qazı Avropaya TAP layihəsi ilə çatacaq
Ölkə13:46 26.06.2013

Azərbaycan qazı Avropaya TAP layihəsi ilə çatacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan öz qazını Avropaya çatdırmaq üçün "Trans Adriatic Pipeline" (TAP) boru kəməri layihəsini seçib.

APA-nın verdiyi məlumata görə, bu barədə sözügedən layihənin əsas rəqibi olan "Nabucco West"in yaydığı xəbərdə bildirilir."Şahdəniz" konsorsiumu tərəfindən "Nabucco" layihəsi seçilməyib", - deyə "Nabucco" layihəsinin liderlərindən biri olan Avstriyanın OMV şirkətindən bildirilib.

"Statoil", AXPO və "E.ON Ruhrgas" şirkətlərinin daxil olduğu TAP konsorsiumu şərh verməkdən imtina edib.

Öz növbəsində OMV əlavə qazın Avropaya çatdırılması istiqamətində yeni yollar axtaracağını bildirib.

Qaynar.info