Xəbər lenti

Azərbaycan qırıcıları Türkiyə səmasına qalxacaq - FOTO
Ölkə17:05 05.03.2016

Azərbaycan qırıcıları Türkiyə səmasına qalxacaq - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, martın 7-dən başlayacaq “TURAZ Şahini -2016” təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konyadakı aviabazaya gediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək təlimlər martın 25-dək davam edəcək.
Qeyd edək ki, artıq ikinci dəfədir Türkiyədə keçiriləcək müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MiQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.
Qaynar.info