
"Eurovision" 2015 mahnı müsabiqəsi yekunlaşdıqdan sonra KİV-də ölkələrin bir-birlərinə nə qədər səs verdiyi müzakirə olunur.
Anspress-in məlumatına görə, "Wiwibloggs" portalı səsvermənin bəzi detallarına diqqət yönəldib. Sayt Ermənistan və Azərbaycan arasında nə qədər səsvermə olduğunu araşdırıb.
Araşdırmadan məlum olub ki, "Building Bridges" konsepti Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycan-Ermənistan arasında işləmir.
Münsiflər heyəti və Ermənistan tele-tamaşaçılarının səsvermə nəticəsinə əsasən, Azərbaycan ölkələr arasında sonuncu yerə düşüb. Azərbaycan tele-tamaşaçıları da öz növbəsində Ermənistanı aid olduğu son pilləyə layiq görüb.
Bununla yanaşı, təkcə Azərbaycan deyil, digər ölkələr də Ermənistanın uğursuz çıxışına mənfi münasibət bildiriblər. Yarışmanın yekun siyahısına nəzər saldıqda bu nəticəni müşahidə etmək mümkündür. Belə ki, Azərbaycan mahnı müsabiqəsində Ermənistanı 4 pillə qabaqlayaraq 12-ci sırada qərarlaşıb. Ermənistan isə 16-cı pillədə qalıb.
Qaynar.info

