
Rusiya sərhədində yük maşınlarının böyük növbəsi yaranıb.
ANS TV-nin məlumatına görə, Gürcüstan ərazisində Gürcüstan-Osetiya yolundakı dağ massivində baş verən uçqun bu respublikanın Rusiya ilə nəqliyyat əlaqəsinin kəsilməsi ilə nəticələnib. Bu səbəbdən Gürcüstana gedən və gələn nəqliyyat vasitələri alternativ yol kimi Azərbaycanın Samur keçid məntəqəsindən hərəkət etməyə məcbur olublar. Nəticədə digər ölkələrdən Rusiya istiqamətinə keçmək istəyən yük avtomobillərinin və meyvə-tərəvəz mövsümünü nəzərə alsaq, keçiddə maşın sıxlığı müşahidə olunur
"İndi Samur Gömrük keçid məntəqəsinin girəcəyində və gömrük terminalının qarşısinda Rusiyaya keçmək istəyən 200-dən artıq yük maşını növbə gözləyir".
Azərbaycanın ayrı-ayrı bölgələrindən, İran, Türkiyə, Gürcüstan və digər xarici ölkələrdən Rusiyaya getmək istəyən yük avtomobillərinin sürücüləri növbə yaranmasını məhz Gürcüstan ərazisində baş verən uçqunla izah etdilər
Sürücü Mehmet Öztürk deyir ki, "Qirmızı körpüdən Vladiqafqaz yolundan keçməli idik, amma dağ uçdu, onun uçun məcburən Azərbaycana gəldik, bu qapını keçmək məcburiyyətində qaldıq"
Sürücü Cavid Dalğıc qeyd edir ki, "Vladiqafqaz yolu qapandığı üçün Azərbaycana gəldik, Başqa bir problem yoxdur".
Sürücü Əlihacı Cabbarov vurğulayır ki, "Sürücülər var ki, Azərbaycan və İrandan gəlib. Sutkalarla dayanırıq, kimə deyirik bilmirlər".
Samur gömrük keçidi ərazisində avtomaşınların sıxlığının müşahidə olunmasını Samur gömrük keçid məntəqəsinin rəisi Hüseyn Məsumov da Gürcüstandakı uçqunla əlaqələndirdi. Onun sözlərinə görə, Azərbaycandan Rusiyaya və əks istiqamətə avtomobillər maneəsiz keçir, sadəcə, sıxlıq, mövsüm və nəqliyyat vasitələrinin həddindən çox olması ilə əlaqəlidir, başqa heç bir narahatçılıq yoxdur. Gün ərzində 250-yə yaxin avtomobil hər 2 istiqamətə keçib.
Qaynar.info