
Azərbaycan Müdafiə Nazirliyi Rusiya istehsallı "Bal-E" tipli sahil raket komplekslərini alınması imkanıyla maraqlanır.
Anspress-in məlumatına görə, bu barədə “Taktiki raket silahı” korporasiyasının baş direktoru Boris Obnosov "Kommersant" qəzetinə açıqlama verib. O bildirib ki, komplekslərin çatdırılması haqqında hələlik konkret razılığa nail olunmayıb.
Qəzetin məlumatına görə, Azərbaycan tərəfi artıq Rusiyanın hərbi-texniki əməkdaşlığı üzrə Rusiya tərəfinə sahil raket komplekslərinin əldə edilməsi ilə bağlı sifariş göndərib. Azərbaycan Rusiya istehsalı olan raket komplekslərinin köməyi ilə Xəzərin sahilboyu ərazisinin müdafiəsini gücləndirmək niyyətindədir.
Azərbaycan bu "Bal-E" tipli sahil raket komplekslərini qəbul edərək dünyada üçüncü ölkə olacaq. Hazırda bu sahil raket komplekslərindən Rusiya və Vyetnam silahlı qüvvələri istifadə edir.
Qaynar.info