Xəbər lenti

Azərbaycan səfirliyindən Rza Zərrab AÇIQLAMASI
Ölkə13:05 24.12.2013

Azərbaycan səfirliyindən Rza Zərrab AÇIQLAMASI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Ankaradakı səfirliyi Rza Zərrabın Azərbaycan vətəndaşı olması və Bakıda doğulması ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirib. 

Qaynar.info xəbər verir ki, Rza Zərrabla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov Türkiyə  KİV-nə açıqlamasında Azərbaycandan rəsmi məlumatın gəldiyini və Rza Zərrabın Azərbaycanla heç bir vətəndaşlıq əlaqəsinin olmadığını söyləyib. 

"Bu adam Bakıda anadan olmayıb. Onun Azərbaycanda heç bir qeydiyyatı yoxdur. Rza Zərrab nə keçmişdə Azərbaycan vətəndaşı olub, nə də gələcəkdə ola bilər", - deyə Salmanov bildirib.

Qeyd edək ki, mediada Rza Zərrabın 1984-cü ildə Bakıdan anadan olduğu idda olunurdu. 

Qaynar.info