
Dünəndən bəri Şəkidə bir-birinin ardınca 4 zəlzələ baş verib
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynar.info-ya verilən məlumata görə, yerli vaxtla saat 05.25-də Şəkidən 6 km Şimal-şərqdə 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Dərinliyi 9 km olan zəlzələ 3 bala qədər hiss olunub.
Xatırladaq ki, ötən gün saat 17.38, 19.41 və 19.45 olmaqla Şəkidə daha 3 zəlzələ olub.
Yerli sakinlər arasında təşvişə səbəb olan zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.
Bu gün səhər Gədəbəy, Zərdab və Göyçay rayonlarında da zəlzələ baş verib.
Rayon sakinlərinin AzNews.az-a verdikləri məlumata görə, onlar silkələnməni hiss etsələr də, ərazidə heç bir dağıntı və tələfat qeydə alınmayıb.
Qaynar.info