Xəbər lenti

Azərbaycan sərhədində atışma: yaralı var
Ölkə08:02 18.11.2014

Azərbaycan sərhədində atışma: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran Azərbaycan sərhədində atışma olub. 

Bu barədə yerli sakinlər Anspress-in bölgə müxbirinə məlumat veriblər.

Məlumata görə, hadisə rayonun Bayaxanlı kəndi yaxınlığında baş verib. İrandan qaçaq yolla Azərbaycana narkotik maddə keçirən şəxslərlə sərhədçilər arasında baş verən atışma zamanı İran İslam Respublikası vətəndaşı yaralansa da, hadisə yerindən qaça bilib.

Lakin əməliyyat zamanı bir nəfər, Cəlilabad rayon Məlikqasımlı kənd sakini həbs olunub. Məlumata görə, sərhəd pozucuları İrandan Azərbaycan qanunsuz olaraq külli miqdarda narkotik maddə keçirməyə cəhd göstəriblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info