Xəbər lenti

Azərbaycan sərhədini pozmağa cəh edən Əfqanıstan vətəndaşları saxlanıldı
Ölkə 12:10 01.08.2025

Azərbaycan sərhədini pozmağa cəh edən Əfqanıstan vətəndaşları saxlanıldı

Azərbaycan sərhədini İran istiqamətindən pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 Əfqanıstan vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->