Xəbər lenti

Azərbaycan ŞƏT-ə tərəfdaş oldu
Ölkə10:30 14.03.2016

Azərbaycan ŞƏT-ə tərəfdaş oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Rəşid Alimov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana ŞƏT-in dialoq tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalayıblar.

AzVision.az RİA Novosti-yə istinadən bildirir ki, imzalanma mərasimi bazar ertəsi ŞƏT-in Pekindəki mənzil qərargahında baş tutub.

“Bu gün Azərbaycan dialoq tərəfdaşı statusunu rəsmiləşdirdi. Bu, bizim üçün böyük şərəfdir. Bizim qarşılıqlı münasibətlərimizin yolları hələ 2012-ci ildə, Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-ə ölkəmizə bu təşkilatda müşahidəçi statusunun verilməsi ideyası ilə bağlı məktub göndərdiyi vaxtlardan başlayıb. Ona görə də, başa düşdüyünüz kimi, Azərbaycanın ambisiyaları dialoq üzrə statusdan daha yüksəkdir.

Düşünürəm ki, bu gün imzalanan sənəd bizə çox mühüm, maraqlı təşkilatla dialoqa başlamaq imkanı verir”, - deyə Məmmədyarov vurğulayıb.

Qeyd edək ki, bu gün ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan isə təşkilatda müşahidəçi statusuna malikdirlər.

Qaynar.info