
Aprelin 20-də Rusiyanın Həştərxan şəhərində Azərbaycan şirkəti tərəfindən elektrotexniki avadanlıqlar zavodunun təməli qoyulacaq.
Virtualaz.org xəbər verir ki, zavod keçmiş Bakı Transformatorlar Zavodunun bazasında yaradılan “ATEF Group” şirkətinin törəmə şirkəti olan “ATEF Russ” ASC tərəfindən “Lotos” xüsusi iqtisadi zonasında tikiləcək. Zavodda güc transformatorlarının istehsalı nəzərdə tutulur. Rusiya KİV-lərinin xəbərlərinə görə zavodda ildə 2 min komplekt transformatorun istehsalı nəzərdə tutulur. İstehsal yeni texnologiya ilə həyata keçiriləcək. Zavodun istehsal edəcəyi güc transformatorlarının potensial müştəriləri Rusiyanın iri energetika şirkətləri olacaq. İnvestisiyanın həcmi açıqlanmır.
Qaynar.Az