Xəbər lenti

Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edəcək (FOTO)
Ölkə08:19 31.07.2017

Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edəcək (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qeyd olunub ki, yarışlarda 17 ölkənin komandası iştirak edir. Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.

Qaynarinfo.Az