Xəbər lenti

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı - FOTOLAR
Ölkə15:20 12.07.2016

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 hərbi qulluqçudan ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə "Qaynarinfo.Az"a Müdafiə Nazirliyinin mətbiuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Qaynarinfo.Az