Xəbər lenti

Azərbaycan sülhməramlısı: "Qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik"
Ölkə15:32 27.08.2021

Azərbaycan sülhməramlısı: "Qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik".
Bunu "Report"a açıqlamasında Əfqanıstandan Vətənə qayıdan Azərbaycan sülhməramlısı Paşayev Seymur Sulduz oğlu deyib.
"Biz hava limanında mülki şəxslərin təxliyəsini təşkil və təmin edirdik. Hər zaman bizim qarşımızda qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə hazırıq. Biz bayrağımızı daim dalğalandırmaqla və dövlətimizi təmsil etməklə qürur duyuruq. Qürur duyuram ki, Azərbaycan Ordusunda xidmət edirəm. Bizim missiyamız Kabil Beynəlxalq Hava Limanının mühafizəsini təmin etmək idi. Biz Əfqanıstanda türkiyəli qardaşlarımızla çiyin-çiyinə xidmət aparırdıq", - o əlavə edib.