Bakıda 100 min manata yaxın dəyəri olan "Redbull” markalı enerji içkisi anbardan oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Azərbaycan Supermarket" MMC mərkəzi anbarında baş verib.
Oğurluq hadisənin üstü isə mərkəzi anbarında supervisor-qrup rəhbəri vəzifəsində işləmiş Xəyal adlı şəxsin törətdiyi cinayət əməlindən sonra açılıb.
Belə ki, 17 yanvar 2023-cü ildə Xəyal başqa bir şirkətdə sürücü işləyən Famil adlı şəxsə anbardan 1 palet "RedBull" enerji içkisini (1 paletdə 108 qutu olub, hər qutuda isə 24 ədəd "RedBull) anbardan gizlincə çıxarıb götürməyi, həmin enerji içkilərini müxtəlif mağazalara satmağı və əldə olunmuş gəliri aralarında bölməyi təklif edib. 1 palet "RedBull” enerji içkisini qiyməti təxmin 8000 manat təşkil edib.
Famil onunla razılaşdığını bildirib, lakin içəridə yük avtomobilinin olmadığını deyib. O, götürmək istədiyi malları anbarın "F” zonasından "K” zonasına aparıb. Anbarın içərisində MMC-yə aid yük avtomobili olmadığı üçün Famil başqa bir şirkətinin sürücüsü Elməddinə içəridə artıq malı olduğunu, həmin malı çıxarıb öz yük avtomobillərinə yükləmək lazım olduğunu deyib. Famil Elməddinə onların götürdüyü "RedBull"un oğurluq olmasını bildirməyiblər. Elməddin anbarın "K” zonasında olan 1 palet "RedBull” enerji içkisini Familin idarə etdiyi yük avtomobilin yanına aparıb və yüklənməyə başlanılıb. Mallar yüklənərkən anbar meneceri işləyən şəxs görüb, məsləyə müdaxilə edib. Bundan sonra rəhbərliyə məlumat verilib.
Hadisədən sonra Xəyal və digərləri saxlanılıblar. Xəyal törətdiyi əməli etiraf edib, Familin də bu işdə iştirakını təsdiqləyib. Hər iki şəxs məhkəmə qarşısında imkansızlıq səbəbindən törətdiyi əməldən peşman olduqlarını bildiriblər.
"Azərbaycan Supermarket" MMC-nin hüquq məsləhəti üzrə köməkçi vəzifəsində çalışan şəxs məhkəmədə bildirib ki, Xəyal və Famil anbardan 8000 manat dəyərində 1 palet "RedBull” enerji içkisi oğurlanmaq istəyərkən lakin saxlanılıblar. Bu hadisədən sonra yoxlama zamanı anbarda təxminən 96660 manata yaxın dəyəri olan "RedBull” enerji içkisi oğurlanması aşkar olunub.
Məhkəmənin qərarı ilə Xəyal Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1.2 il, Famil isə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Əhməd