Xəbər lenti

Azərbaycan təmsilçisi nə zaman çıxış edəcək?
Ölkə14:20 20.01.2014

Azərbaycan təmsilçisi nə zaman çıxış edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın "Avroviziya" musiqi yarışmasında mübarizə aparacağı vaxt açıqlanıb. 

Eurovision tv-nin verdiyi məlumata görə Danimarkanın paytaxtı Kopenhagen şəhərində 59-cu dəfə təşkil olunan yarışmada Azərbaycan təmsilcisi mayın 6-da, birinci yarım finalda səhnəyə çıxacaq. Yarışmanın püşkatma mərasimində isə ölkələrin təmsilçilərinin mübarizə aparacaqları qruplar müəyyənləşdirilib. 

1-ci yarımfinalın birinci qrupunda Azərbaycan, İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Ermənistan və Estoniya təmsilçiləri mübarizə aparacaq.Birinci yarımfinalın ikinci hissəsində isə Belçika, Macarıstan, Moldova, Monteneqro, San Marino, Portuqaliya, Niderland və Ukraynalı iştirakçılar təmsil olunacaq.

Fransa, İspaniya və ev sahibi Danimarka birbaşa finala vəsiqə alan ölkələrdir. Onlar bu yarımfinalda səs vermək hüququna malik olacaqlar.

Qaynar.info