Xəbər lenti

Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəfat edib
Ölkə06:18 10.03.2014

Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəfat edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Süleyman Tatlıyev 89 yaşında dünyasını dəyişib

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev vəfat edib.

Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunda anadan olub.

S.Tatlıyev Nazirlər Sovetində İşlər idarəsinin müdiri (1970-1978), Nazirlər Soveti sədrinin I müavini (1978-1985), Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri (1985-1989) vəzifələrində çalışıb, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1994-cü ildən Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!