
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin ADCOM şirkətinin istehsal etdiyi "Global Yabhon" pilotsuz təyyarələrinə maraq göstərir.
Qaynar.info vesti.az-a istinadən xəbər verir ki, Dubay aviaşousunda iştirak edən Azərbaycan nümayəndə heyəti bununla bağlı danışıqlar aparıb.
Qeyd edək ki, adıçəkilən pilotsuz təyyarənun uzunluğu 18 metrdir. Aparat 17 kilometr hündürlüyə qədər və 40 saat birbaşa uça bilir.
Aparatın kabinəsinə optik-elektrik müşahidə sistemləri, radioelektro kəşfiyyat sistemi də yerləşdirmək mümkündür.
Qaynar.info