Xəbər lenti

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri görüşəcəklər
Ölkə08:19 05.01.2014

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri görüşəcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında üçtərəfli görüş fevral və mart aylarında Türkiyədə baş tutacaq”.

Anspress yazır ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

Yerli mətbuatın xəbərinə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə İran xarici işlər naziri Cavad Zərif arasında görüş keçirilib. İstanbul “Çırağan” sarayında baş tutmuş görüşdə Əhməd Davudoğlu iranlı həmkarına anasının vəfatı səbəbindən başsağlığı verib.

Prezident seçildiyi ilk günlərdə Həsən Ruhani və Cavad Zərif ilə görüşdüyünü xatırladan Davudoğlu ölkələr arasında vaxtaşırı görüşlər keçirməyə qərar verdiklərini qeyd edib.

Türkiyə XİN rəhbəri keçirilən görüşlərdə Azərbaycanın da iştirak edəcəyini bildirib.

“Cənab baş nazirimizin bu ayın axırında İrana səfəri planlaşdırılır. Fevralda cənab Ruhaninin Türkiyəyə səfəri planlaşdırılır. Fevral və mart aylarında isə Cavad Zərifin ölkəmizə səfəri və Azərbaycanın da iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. Yəni xarici işlərimizdə mütəmadi, fəal proses davam edir. Bu vəziyyətdən razıyıq”.

Qaynar.info