Xəbər lenti

Azərbaycan türkiyəli iş adamını axtarışa verdi - FOTO
Ölkə14:36 28.08.2015

Azərbaycan türkiyəli iş adamını axtarışa verdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Qaynar.info xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 35 yaşlı Mahmut Marhan vergidən yayınmaqda təqsirləndirilir. 
O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
APA-nın əldə etdiyi məlumata görə, Mahmut Marhan Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.
Onların hamısı vergidən yayınmada ittiham olunur. 
Qaynar.info