Xəbər lenti

Azərbaycan Ukrayna variantını təkrar edəcəkmi?
Ölkə07:12 28.11.2013

Azərbaycan Ukrayna variantını təkrar edəcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mən ümidvaram ki, bu proses gələcəkdə Azərbaycan və Avropa Birliyi arasında tərəfdaşlıq sazişinin imzalanması ilə yekunlaşacaq. Bizim istəyimiz strategiyamızı davam etdirərək Avropa Birliyi ilə tərəfdaşlıq, müttəfiqlik istiqamətində əməkdaşlıq etməkdir”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Asim Mollazadə bu gün başlayan Vilnüs sammitində Azərbaycanın mövqeyinin necə olacağı məsələsinə münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, Vilnüs Sammitində Azərbaycan və Avropa Birliyi arasında vizanın sadələşdirilməsi barədə saziş imzalanacaq: “ Mən ümidavaram ki bu proses gələcəkdə Azərbaycan və Avropa Birliyi arasında tərəfdaşlıq sazişinin imzalanması ilə yekunlaşacaq. Bizim istəyimiz strategiyamızı davam etdirərək Avropa Birliyi ilə tərəfdaşlıq, müttəfiqlik istiqamətində əməkdaşlıq etməkdir. Bizim Avropa Birliyi ilə münasibətlərimiz çoxşaxəlidir. Bir neçə istiqaməti əhatə edir. Çox istərdik ki, Azərbaycanın bu sammitdə müttəfiqləri olan ölkələr də uğurla öz istəklərinə nail olsunlar. Söhbət Moldova, Ukrayna, Gürcüstandan gedir”. 

Millət vəkili bu istiqamətdə Rusiyanın Azərbaycana qarşı hansı mövqe nümayiş etdirəcəyindən də danışıb. Onun sözlərinə görə, Rusiya artıq bu münasibətləri başa düşür: “Bildiyimiz kimi, Ukrayna, Moldova üzərinə çox böyük təzyiqlər var. Rusiyanın bu istiqamətdə Azərbaycana təzyiq etmək şansı çox məhduddur. Azərbaycanın Rusiyadan iqtisadi nöqteyi nəzərdən asılılığı yoxdur. Enerji sahəsində Azərbaycanıən Rusiyadan asılılığı olmadığına görə Ukraynaya qarşı istifadə olunan amillər Azərbaycana qarşı istifadə oluna bilməz”. 

Qaynar.info