Xəbər lenti

Azərbaycan Ukraynadan 10 təyyarə alır
Ölkə19:05 29.03.2017

Azərbaycan Ukraynadan 10 təyyarə alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ukraynanın "Antonov” şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq.

"Qaynar" modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək.

A.Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq".

Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.

Qaynar.Az