Xəbər lenti

Azərbaycan Ukraynadan aldığı hərbi təyyarələrə görə avans ödədi
Ölkə06:20 08.07.2016

Azərbaycan Ukraynadan aldığı hərbi təyyarələrə görə avans ödədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ukraynanın "Antonov" korporasiyasından aldığı "An-178" tipli iki təyyarə üçün avans ödəyib.

APA-nın  "Ukrinform" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Gennadi Zubko deyib.

"Bildiyiniz kimi, 10 təyyarənin alınması ilə bağlı iki ölkə arasında müqavilə imzalanıb. Həmçinin iyun ayında iki təyyarənin göndərilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşmə üçün minnətdarıq", - deyə G. Zubko qeyd edib.

Qeyd edək ki, "An-178" hərbi yük təyyarəsidir. Hava gəmisi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdi.

Qaynarinfo.az