Xəbər lenti

Azərbaycan Ukraynadan yeni radar sistemi alır
Ölkə07:32 24.05.2013

Azərbaycan Ukraynadan yeni radar sistemi alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ukraynanın «İskra» Elmi-İstehsalat Kompleksinin hazırladığı 80K6 tipli radiolokasiya stansiyasına (RLS) maraq göstərir.

APA-nın müəssisənin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti bu sistemin alınmasına dair görüşlər keçirib.

RLS Ukrayna Ordusunun silahlanmasına 2007-ci ilin əvvəllərində daxil olub.

Radiolokasiya stansiyası 400 km-ə qədər uzaqlıqda hədəfləri müşayiət edə, eyni zamanda üç hava obyektinin koordinatını və onların radial sürətinin ölçüsünü göstərə bilir. Stansiya radiodalğa qarışdırıcılarına qarşı yüksək səviyyədə qorumaya da malikdir.

Azərbaycana bu RLS-in MZKT şassisi üzərində hazırlanmış 80K6M yeni variantı təklif edilib. Mobil 80K6M Hava Hücumundan Müdafiə Qoşunlarının radiotexnika və zenit-raket bölmələri tərkibində istifadə üçün nəzərdə tutulur.

İstehsalçı şirkətin rəsmi saytında qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti üçün müəssisədə və poliqonda məhsulunun nümayişi keçirilib.

Qaynar.info