
Azərbaycanın yük daşımaları ilə məşğul olan “Silk Way Airlines” aviaşirkəti ilə Ukraynanın “Antonov” dövlət müəssisəsi arasında “AN-178” markalı yeni 10 yük təyyarəsinin satışına dair müqavilə imzalanıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Antonov” dövlət müəssisəsinin baş konstruktoru Dmitri Kiva məlumat verib.
D.Kivanın sözlərinə görə, “Antonov” dövlət müəssisəsi bu markalı təyyarələrin Çinlə birgə istehsalı məqsədilə də müqavilə imzalayıb. Bütün təyyarələr Kiyevdə yığılacaq. Müqavilənin dəyəri barədə məlumat verilmir. Bundan əlavə, Çin tərəfi Ukraynadan “AN-178” markalı 2 yük təyyarəsi alacaq.
D.Kiva bildirib ki, bu modeldən olan təyyarələrə olan tələbat böyükdür, onlar artıq 100 təyyarə sifarişi alıblar. Bu nəqliyyat vasitələrinə əsasən Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri maraq göstərir.
Təyyarələrin rəsmi təqdimatı Parisin “Le Bourget” aviasalonunda olacaq. Yeni “AN-178”lərin sınaq uçuşları isə mayda başlayacaq.
Qaynar.info