Xəbər lenti

Azərbaycan Ukraynaya minatəmizləmə vasitələri verəcək
Ölkə17:26 21.06.2023

Azərbaycan Ukraynaya minatəmizləmə vasitələri verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir. 
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında çıxışı zaman deyib.
Azərbaycanın post-münaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən nazir Ceyhun Bayramov Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib.
Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törətdiyi diqqətə çatdırılıb.
Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində olduğu bildirilib.