Xəbər lenti

Azərbaycan və Braziliya arasında 2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı imzalandı
phrase_var_qaynar. 19:28 27.07.2026

Azərbaycan və Braziliya arasında 2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı imzalandı

Azərbaycan və Braziliya gömrük xidmətləri arasında "2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı" imzalanıb.

Qaynarinfo bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir. İmzalanma bu gün Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelhonun Azərbaycana səfəri çərçivəsində baş tututb.

Sənəddə ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.

Dövlət Gömrük Komitəsində Fabiano Koelho ilə keçirilən görüşdə iki ölkənin gömrük orqanlarının arasındakı münasibətlərin mövcud vəziyyəti, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübələrin mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb, "Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar və təşəbbüslər" mövzusunda təqdimat nümayiş etdirilib.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə səfər edən qonağa ofisin regional əməkdaşlıq təşəbbüsləri və potensialın gücləndirilməsi layihələri barədə məlumat verilib. Həmçinin Səlahiyyətli İqtisadi Operator, "Bir pəncərə" və inteqrə edilmiş risk idarəçiliyi sahələrində Braziliya gömrük xidmətinin təcrübəsinə dair təqdimat nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin fəaliyyəti ilə tanış olan qonağa son dövrlərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->