Xəbər lenti

Azərbaycan və Ermənistan arasında razılıq
Ölkə07:28 05.06.2013

Azərbaycan və Ermənistan arasında razılıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər. 

Bu barədə amerikalı həmsədr Yan Kellinin ofisindən bildirilib: "Tərəflər yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər və həmsədrlər belə bir görüşün hazırlanması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə işləməyə davam edəcəklər".

ATƏT-in Minsk qrupunun həmsədrləri may ayında Bakı və Yerevana səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə bu il ərzində dövlət başçılarının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər.

Qaynar.info