Xəbər lenti

Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlıqla bağlı razılığa gəliblər
Ölkə17:12 03.10.2019

Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlıqla bağlı razılığa gəliblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bildirib ki, Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində işlərini davam etdirəcəklər.
Prezident "Valday” klubunun sessiyasında çıxış edərkən diqqətə çatdırıb:
"Hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir. Bu gün biz razılığa gəldik ki, bu istiqamətdə işimizi davam etdirəcəyik. Baxmayaraq ki, Rusiya texnikasını əldə etmək üçün hazırda imzaladığımız müqavilələr 5 milyard dollar təşkil edir, onlardan artıq 3 milyardı reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işimizi davam etdirmək niyyətindəyik”.