Xəbər lenti

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü (FOTO)
Ölkə21:26 10.04.2026

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Rusiyanın Türkiyədəki səfiri Segey Verşininlə görüşüb.
Qaynarinfo xəbər verir ki, R. Məmmədov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, S. Verşinin Azərbaycanın Türkiyədəki səfirliyində olub və R. Məmmədov həmkarına fəaliyyətində uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, Verşinin daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Tunis, Yaxın Şərq və Şimali Afrikada rəsmi nümayəndəsi, Əlcəzairdə səfiri olub.