Siyasət 17:10 17.06.2023

Azərbaycan və Tatarıstan liderləri birlikdə Zəngilan aeroportundan Bakıya yola düşüb

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə iyunun 17-də Zəngilan Beynəlxalq Hava Limanından Bakıya yola düşüblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.