Xəbər lenti

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol imzalandı (FOTO)
Ölkə18:37 19.02.2021

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol imzalandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb. 
Bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində paylaşım edib. 
"Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq. Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm”, - deyə nazir qeyd edib.