Xəbər lenti

Azərbaycan Vergilər Nazirliyi "Milan" və "Beşiktaş"da qanunsuzluq aşkarladı
Ölkə14:07 24.11.2014

Azərbaycan Vergilər Nazirliyi "Milan" və "Beşiktaş"da qanunsuzluq aşkarladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vergilər Nazirliyi qanunsuz idman mərc oyunlarının və kompyuter vasitəsilə qumar oyunlarının keçirilməsi faktını aşkar edib. 
Qaynar.info xəbər verir ki, noyabr ayının 21-də Sumqayıt şəhərində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində fiziki şəxs Səmədov Pərviz Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Napoli”, fiziki şəxs Süleymanov Süleyman Nazim oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Milan” və fiziki şəxs Tanrıverdipur Anar Sərvət oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Beşiktaş” çay evlərində qanunsuz olaraq idman mərc oyunlarının keçirildiyi aşkar olubub.
P.Səmədov və S.Süleymanovun vergi orqanında qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb, bundan başqa hər üç şəxs tərəfindən obyektlərdə kompyuter vasitəsilə kazino tipli uduşlu və qumar oyunlarının (“çərxi-fələk” - “russkaya ruletka”, loto və s.) keçirildiyi də müəyyən edilib.
Yuxarıda göstərilənlərdən əlavə, hər üç şəxs tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.
Toplanmış materiallar qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanaraq, cinayət işinin başlanması məqsədilə ilə aidiyyəti üzrə göndəriləcək.
Qaynar.info