Xəbər lenti

Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu
Ölkə05:35 24.03.2017

Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onun Azərbaycanda 15 illik bank təcrübəsi var

Kamran Məmmədov «Nova Banka AD Podgorica»nın baş icraçı direktoru təyin olunub. O, ötən il Monteneqronun maliyyə xidmətləri bazarına daxil olmuş bu Azərbaycan kapitallı bankda Miodrag Radonjic-i əvəzləyib.

"Qaynar" "Fins.az"a istinadən verdiyi xəbərə görə, Nikola Marinovic risklər və maliyyə məsələləri üzrə direktor təyin edilib. Ondan öncə bu vəzifəni Kamran Məmmədov daşıyırdı.

Qeyd edək ki, K. Məmmədovun «AtaBank» və «Kapital Bank» ASC-lərdə 15 illik iş təcrübəsi var.

Qaynar.Az