Xəbər lenti

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsinə başlanıldı
Ölkə05:28 22.06.2020

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsinə başlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarından COVID-19 testlərinin götürülməsinə başlanılıb.
Qaynarinfo APA-ya istinadən  xəbər verir ki, təxliyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-da PSR testlərinin götürülməsinə başlanılıb.
Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Təxliyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.
Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək.