Xəbər lenti

Azərbaycan vətəndaşlığını 5 min manata satdı - DƏLƏDUZLUQ
Ölkə06:38 04.06.2014

Azərbaycan vətəndaşlığını 5 min manata satdı - DƏLƏDUZLUQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan vətəndaşlığı almaq üçün 5 min manat verən İran vətəndaşına qarşı dələduzluq edilib

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Məhbubi Hamed Manuçehr polisə ərizə yazaraq bildirib ki, Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün ötən ilin sentyabrında Səbail rayonu Mərdanov qardaşları küçəsi, 5 ünvanının qarşısında Goranboy rayon sakini Hamlet Bərxudar oğlu Paşayevə 5000 manat verib, lakin sonuncu dələduzluq edərək pulu qaytarmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info