Xəbər lenti

Azərbaycan xalqına faciə yaşadan 296 nəfər axtarışdadır
Ölkə15:53 31.01.2014

Azərbaycan xalqına faciə yaşadan 296 nəfər axtarışdadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.

Qaynar.info Modern.az-a istinadən xəbər verir ki, bunu bu gün Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qaynar.info