Xəbər lenti

Azərbaycan  xilasediciləri Türkiyənin zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas etdi
Ölkə16:10 07.02.2023

Azərbaycan  xilasediciləri Türkiyənin zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsində - Kahramanmaraşda axtarış əməliyyatları davam edir.
APA-nın zəlzələ bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər dağıntılar altından 11 nəfəri çıxarıblar.
Eyni zamanda dağıntılar altından 20 nəfərin meyiti çıxarılıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.