Azərbaycan Yüksəliş Partiyasının (AYP) KİV rəhbərləri ilə görüşləri davam edir.
AYP Təşəbbüs Qrupunun üzvləri Anar Əsədli, Bəhrəm İsmayılov və Aygün Muradxanlı bu gün ölkənin tanınmış media orqanlarından olan "Qaynarinfo” saytının təsisçisi və baş redaktoru Zahir Əzəmətlə görüşüblər.
Təşəbbüs Qrupunun üzvləri partiyanın yaranma ideyasının necə ortaya çıxmasından, AYP-nin məram və məqsədlərindən danışıblar, təşkilatlanma prosesi haqqında məlumat veriblər.
Görüşdə təşkilatın fəaliyyət istiqamətləri, KİV-lə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.