Xəbər lenti

Azərbaycana 10 santimetrədək qar yağıb (FOTOLAR)
Ölkə11:33 28.12.2018

Azərbaycana 10 santimetrədək qar yağıb (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 27-si gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.
Qaynarinfo-nun Azərtac-a istinadən xəbərinə görə, dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.
Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb.
Qusarın rayon mərkəzində qarın hündürlüyü 7 santimetrə çatır.
Hazırda qar Quba, Qusar və Xızı rayonları ərazisinə yağmaqda davam edir.