Xəbər lenti

Azərbaycana 17 sm qar yağıb
Ölkə07:20 14.01.2017

Azərbaycana 17 sm qar yağıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gündən başlayaraq respublikanın Şimal regionunda hava şəraiti dəyişib.

Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, dağlıq ərazilərə 5-15 sm qalınlığında qar yağıb.

Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.

Bölgədə ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb - 17 sm.

Quba regional hidrometeorologiya şöbəsindən verilən məlumata görə, qarın hündürlüyü Xızının Altıağac qəsəbəsində 10, Xınalıqda 4, Qusarda 5 sm təşkil edir.

Qaynarinfo.Az